Dərc olunub: 26.01.2019

Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında xarici dil (alman və fransız dilləri) üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək.

AMEA-dan  Mektebgushesi.az-a bildiriblər ki, imtahanda iştirak edəcək iddiaçılar imtahana gələrkən seçdikləri ixtisas dili üzrə uyğun ədəbiyyat gətirməlidirlər.

İmtahan saat 10:00-da başlayacaq.

Əlaqə: Tel: (+994 12) 492-84-48, (+994 12) 539-30-60

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 129 (Akademiya şəhərciyi). Mərkəzi Elmi Kitabxana, 2-ci mərtəbə, dissertasiya zalı.

Bənzər yazılar