Mektebgushesi

Azərbaycanda ilk dəfə Türkiyəli mütəxəssislərin iştirakı ilə elmi əsaslarla süngərləmə prosesi keçirilir

30 yanvar 2019-cu il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Azərbaycanda ilk dəfə olaraq türkiyəli mütəxəssislərin iştirakı ilə elmi əsaslarla süngərləmə üsulunun tətbiqi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktorunun müavini Tariyel Pənahov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun mütəxəssisləri, “Milas Aqro MMC”-nin rəhbəri Murat Karadoğan və baytar həkimi Sinan Vəlizadə, 15 rayondan olan fermerlər […]

ABŞ-da erməni məktəblərində Türkiyə bayrağı asıldı

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən erməni tədris ocaqlarında türklərlə ermənilər arasında gərginlik yaşanıb. Azvision.az “NBC Los Angeles” telekanalına istinadən xəbər verir ki, ermənilərə məxsus və “Manukyan Demirchyan College” təhsil müəssisələrinin darvazalarında, binaların üzərində və pilləkənlərində Türkiyənin bayraqları asılıb.  Ötən gün səhər saatlarında baş verən bu hadisə erməniləri hiddətləndirib. Buna cavab olaraq dərhal Türkiyə bayraqlarını endirərək […]

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Yanvarın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-cu il üçün ilk iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “ADPU-nun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında” hesabat və cari məsələlər daxildir. Rektor Cəfər Cəfərov giriş sözündə bildirib ki, hazırda ADPU-da […]

Nadir İsrafilov: “Tələbələrin fiziki və mənəvi sıxıntılardan azad edilməsi…”

Artıq 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası başa çatmaq üzrədir. İmtahan sessiyasını izləmək üçün yanvarın əvvəlindən silsilə mediaturlar keçirilib. KİV nümayəndələrinin, təhsil ekspertlərinin iştirakı ilə paytaxtın bir çox ali təhsil müəssisələrinə mediaturlar təşkil olunub. Mediaturlar haqqında iştirakçı ekspertlərin fikirləri də müsbətdir. Onlar təhsil sahəsində atılan bu mühüm addımı indiki və gələcək dövr üçün çox əhəmiyyətli […]

Aİİ-də “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyə Respublikası Kırıkkale Universitetinin birgə təşkil etdiyi “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan və Türkiyədə din təhsili sahəsində elmi tədqiqatlar aparan alimlər iştirak ediblər. Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru cənab Ceyhun Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra, “Azərbaycanda din təhsili: mövcud vəziyyət və […]

“Hubble” teleskopu ölən qalaktikanın fotoşəkilini çəkib

“Hubble” radioteleskopu D100 spiralvari qalaktikadan kütləvi qaz axınını qeydə alıb. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) teleskopun göndərdiyi fotoşəkilləri yayıb. Mektebgushesi.azBBC-yə istinadla xəbər verir ki, “Hubble” radioteleskopu “Veronika saçı” ulduz yığınında yerləşən D100 spiralvari qalaktikanın yeni ulduzların meydana gəlməsi üçün tələb olunan qazları sürətlə itirdiyini müşahidə edib. “Veronika saçı” ulduz yığını Yer kürəsindən […]

Tələbələrə mobil telefon qadağan edildi

Türkmənistanda ali məktəb tələbələrindən qış tətilində ədəb qaydalarına uyğun davranış haqqında yazılı iltizam alınıb. Mektebgushesi.az Virtualaz.org -a istinadən bildirir ki, bu barədə “Radio Azattık” müəllim və tələbələrə istinadən məlumat yayıb. Tələbələr bildiriblər ki, tətilə çıxmamışdan öncə onlarla müvafiq söhbətlər aparılıb və yazılı iltizam alınıb. Konkret olaraq tələbələrə mobil telefonla danışmaq, internetdən istifadə etmək, toylara, habelə qonaq […]

Avropadakı tələbəmiz: “Sevgi məsələlərindən başım çıxmır, dolma və şəkərbura üçün darıxıram” 

“Azərbaycan müəllimi şagirdlərə kritik və akademik düşünməyi, onlara hadisələri analiz etməyi və fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrətməlidir”. Mektebgushesi.az -ın məlumatına görə bunu AzEdu.az-a müsahibəsində Macarıstanda  oxuyan gənc soydaşımız Tofiq Bayramov deyir. Tofiqlə  müsahibəni təqdim edirik: Öz dilindən dosye:Tofiq Bayramov 27 dekabr 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimin ilk 6 ilini 212, son 5 ilini isə 45 nömrəli […]

DİM: Dövlət qulluğu üzrə 52 nəfər vəzifəyə uyğun bilinib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir. DİM-dən  mektebgushesi.az-a bildiriblər ki, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 30-na olan məlumata görə, müsahibədə iştirak edənlərdən 52 nəfər vəzifəyə uyğun bilinib. Uğur qazananların […]

Səlçuq Universitetinin professoru Bakı Dövlət Universitetində

Türkiyənin Səlçuq Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Bünyamin Ayhan Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin qonağı olub. BDU-dan  mektebgushesi.az-a bildiriblər ki, jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyevin və müəllimlərin iştirak etdikləri görüşdə qardaş ölkənin ali məktəbi ilə əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi haqqında ətraflı müzakirələr aparılıb. Qonağa fakültədəki infrastruktur, təhsil-tədris sistemi barədə məlumat verilib. Görüşdə əməkdaşlığın […]

Təmirə ehtiyacı olan məktəblər növbəti dövlət proqramında nəzərdə tutulaca

Sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda deyib. Dövlətimizin başçısı bildirib: “Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və […]

DİM təcrübəsi az olan müəllimlər üçün seminarı yekunlaşdırıb

Dövlət İmtahan Mərkəzi yeni və təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb. Mərkəzdən  mektebgushesi.az -a verilən məlumata görə, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək yeni növ test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib. 7-24 yanvar tarixlərində keçirilən və bütün respublika ərazisini […]

Paytaxt məktəblərində İKT üzrə qiymətləndirmə keçirilib

Paytaxtdakı ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib. Mektebgushesi.az xəbər verir ki, qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib. Müəllimlər 40 dəqiqə vaxt ərzində 15 sualı cavablandırıblar. Qiymətləndirmədə iştirak edən müəllimlər fevral ayından etibarən İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən İKT üzrə keçirilən təlimə cəlb olunacaq. Təlim həftədə üç dəfə olmaqla 15 gün […]

Nazim Nəsrəddinov: M.Ə.Rəsulzadə və “Molla Nəsrəddin” jurnalı

və yaxud  “Molla Nəsrəddin”in  Bakı vəkillərindən biri – Məhəmməd Əmin Rəsulzadə (29 02 1884 – 06.03.1955)     Neçə il yaşamasından asılı olmayaraq  dünyada hərənin payına  bir il düşür. O il ki insan dünyaya göz açır.  Hamı dünyaya ağlaya-ağlaya gəlir.  Mən hələ eşitməmişəm ki, desinlər filankəsin oğlu dünyaya gülə-gülə gəlib.  Bu ağlamaq məsələsi ki, var, çox qəliz məsələdir.Bəlkə də,  […]

Aİİ “Qış məktəbi” layihəsinə başlayır

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 31 yanvar 2019-cu il tarixdə Şamaxı rayonunda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edəcək. İnistitutdan mektebgushesi.az-a verilən məlumata görə, fevralın 2-nə qədər davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət; Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə bərpa edilən, Vətənimizin yaşı əsrlərlə ölçülən […]