Mektebgushesi

Birinci yarımilin yekunlarına dair Pedaqoji Şura iclasları

Ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar Pedaqoji Şuraların iclasları təşkil olunur. İclasların keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir. Pedaqoji Şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir. […]

Fazil Mustafa: “Rayonlarda bağçalar acınacaqlı vəziyyətdədir”

 Məktəbəqədər təhsilimiz xarici ölkələrlə müqayisədə hələ də zəifdir”.  Mektebgushesi.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. Onun fikrincə, bu zəifliyin əsas səbəbi maddi-texniki bazanın zəifliyidir:  “Buna görə də ilk növbədə də maddi-texniki baza başda olmaqla, təhsilə vəsait xeyli artırılmalıdır. Təhsildə daşıma vasitələrinin olması çox önəmlidir. Çünki uşaqların məktəbə çatdırılması problemi var. Uşaqları məktəbə […]

BSU-da yeni təlim-tədris mərkəzinin açılışı olub

Dekabrın 31-də Bakı Slavyan Universitetində ERASMUS+ PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılmış təlim-tədris mərkəzinin açılışı olub. Açılış mərasimində yeni yaradılmış təlim-tədris mərkəzinin qarşısında qırmızı lent kəsilib. Tədbirin əvvəlində giriş sözü ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycanın qabaqcıl universitetlərində dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına […]

Bakı Ali Neft Məktəbinin tələbələri İspaniyada təhsil alacaq

Bakı Ali Neft Məktəbinin tələbələri İspaniyada təhsil alacaq Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini İspaniyanın “Alcala” Universitetində davam etdirəcəklər. “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən bu tələbə mübadilə proqramı BANM-ın altı tələbəsinin beş ay müddətinə İspaniyanın “Alcala de Henares” şəhərinə göndərilməsini təmin edir. BANM-da həmin tələbələri yola salmaq üçün […]

UNEC-in növbəti beynəlxalq uğuru

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, beynəlxalq reytinq agentliyi Webometrics-in cari ilin yanvar ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations) reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub. Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 3893 istinad edilib. Reytinq sıralamasında UNEC bir sıra Amerika (Northwest […]

ADAU-nun tələbə evində Gənclər günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində Gənclər günü ilə əlaqədar tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, tələbələr qarşısında çıxış edən Tərbiyə işləri üzrə prorektor Aidə Qasımıva bildirib ki, 2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər […]

ADNSU-nun rektoru İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, ADNSU-nun strukturu haqqında danışan rektor M.Babanlı universitetin “eazi START” Startap və İnnovasiya Mərkəzinin startap layihələri haqqında qonağa ətraflı məlumat verib. Universitetdə həmçinin HPC mərkəzin fəaliyyət göstərdiyini qeyd edən rektor M.Babanlı startapların həyata […]

Rumın professorun AzMİU-da sərgisi açılıb

Rumıniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Buxarest Universitetinin professoru Katalin D. Konstantinin sərgisi açılıb. “Şəhərlər haqqında ümumi məlumat: Avropa meydanları və onların tarixçələri” adlı tədqiqat işinin illüstrasiyalarda təqdimatını nümayiş etdirən sərgidə adıçəkilən ölkənin səfiri Dan İanku və onun xanımı, səfirliyin müşaviri Mixayella İanku, AzMİU-nun rektorluğu, müəllim və tələbələri iştirak edib. Sərgiyə […]

Nəsiman Yaqublu: “BDU – nun yaradılması Azərbaycan Cümhuriyyətinin xalqımıza ən böyük hədiyyəsidir”

Bu universitetin yaradılması ilə Azərbaycan Cümhuriyyətinin yaradıcıları sübut etdilər ki, onlar həm də elmi əsaslarla inkişaf edən bir cəmiyyət qurdular. Bu da dövlətimiz üçün çox əhəmiyyətlidir. Bu sözləri Mektebgushesi.az -a açıqlamasında tarixçi alim Nəsiman Yaqublu deyib.  Qeyd edək ki, bu il nüfuzlu elm və təhsil ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur. Universitetin yubileyi […]

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31 yanvar tarixi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.  Mektebgushesi.az –ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı “Müsəlman gənclik təşkilatını” qurub. Siyasi fəaliyyətinə görə, […]

Şirkət rəhbəri 150 azərbaycanlı tələbəyə təqaüd verəcək

“Paqani Avtomobil” (Pagani Automobile) şirkəti xarici ölkələrdə təhsil alan 150 azərbaycanlı tələbəyə təqaüd vermək niyyətindədir.  Mektebgushesi.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri azərbaycanlı Ulmila xanım sosial şəbəkələrdə paylaşım edib.O bildirib ki, təqüdlər kriteriyalara uyğun gələn şəxslərə veriləcək:“Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlara, şəhid ailəsinin üzvü olanlara, Qarabağ müharibəsi […]

ADAU “imtahan şəffaflığı” sorğusunun şəriksiz qalibidir

Sorğuda 3, 4, hətta 0 səs qazananlar da var… Universitet və kolleclərin 29 dekabr – 04 fevral tarixlərini əhatə edəcək qış imtahan sessiyasının necə keçiriləcəyi yaşadığımız günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Hələ payız semestrinin ortalarından etibarən təhsil ocaqları imtahan sessiyasında şəffaflığın yüksək səviyyədə təmin ediləcəyini bəyan etdilər və bu məqsədlə atacaqları stimullaşdırıcı addımları geniş […]

Ali məktəblər arasında keçirilən sorğunun nəticəsi məlum oldu – ADAU qalibdir

Mektebgushesi.az saytının respublilikada fəaliyyət göstərən 42 universitet arasında keçirdiyi “Hansı universitetdə qış imtahan sessiyası şəffaf keçirilir?” nominasiyalı virtual sorğusu yekunlaşıb.  Sorğuda 11.485 nəfər iştirak edib.İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən universitet və kolleclərin 29 dekabr – 04 fevral tarixlərində davam edəcək qış imtahan sessiyası başa çatmaq üzrədir. Universitetlərdə imtahanların təşkili və […]

Çilov adasında “girov qalan” müəllimlər evlərinə qayıtdı

Bir neçə gündür hava şəraiti ilə əlaqədar Çilov adasında qalan Bakıdan olan müəllimlər bu gün evlərinə dönüblər. Mektebgushesi.az xəbər veir ki, bu barədə Axar.az-a Bakı Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, problem bu gün həllini tapıb: “Məktəblə də dəqiqləşdirmişik. Bu gün səhərdən etibarən gəmi işləyib. Bu cür hallar hava şəraiti ilə əlaqədar […]

Dünyanın ən yaxşı 500 universiteti – “UNEC-100”

UNEC ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində öz mövqeyini yüksəltmək istiqamətində məqsədyönlü addımlar atır. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, UNEC 2015-2016-cı illərdə dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” (“Webometrics”) siyahısına görə, Azərbaycan universitetləri arasında iki il ardıcıl olaraq liderliyini qoruyub. Webometrics göstəricilərinə əsasən, UNEC ən böyük çəki əmsalına malik olan […]