Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146) yanvar ayında daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən  Mektebgushesi.az –a bildiriblər ki, ötən ay həmin mərkəzlərə ümumilikdə 13 min 815 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 min 543 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 min 272 vətəndaşa xidmət göstərilib.

Hər iki mərkəzə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1162 sənəd (409 ərizə, 753 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Müraciətlər daha çox müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.

Bənzər yazılar