Fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsi, peşə hazırlığı, iş yerləri ilə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparır və tədbirlər keçirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu işlərin davamı olaraq AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu fevralın 14-də “Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri” mövzusunda dəyirmi masa təşkil edəcək.

Bənzər yazılar