Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 9-da saat 11:00-da Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə (Şirəli Axundov küçəsi, 7) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız və rus dili fənləri üzrə elmi‑metodik seminarlar keçiriləcək.

DİM-dən  mektebgushesi.az -a bildirilib ki, seminarlarda Lənkəran şəhəri, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarının müvafiq fənn müəllimləri, metodistlər iştirak edə bilərlər.

Elmi-metodik seminarların proqramları ilə DİM-in saytında tanış olmaq mümkündür.

Bənzər yazılar