Dərc olunub: 07.02.2019

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsində Mübariz İbrahimov xüsusi yer tutur. Mübariz İbrahimov təkcə Azərbaycanda deyil, dünyada tanınan qəhrəmandır. Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır.

Bir- birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisi ilə, Vətən eşqi ilə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləri ilə ölümü ucaldıb, ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şəhidliyin, qəhrəmanlığın zamanı, məkanı olmur. Mübariz İbrahimov ona qoyulan adı doğruldan qəhrəmanlarımızdandır. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbirdə bu sözlər səsləndi.
Namiq Məmmədli

Bənzər yazılar