Mektebgushesi.az xəbər verir ki, Monqolustanda yerləşən, Azərbaycan-Monqolustan münasibətlərində koordinator rolunu oynayan  “Vertus” firmasının təsisçisi Faiq Ağayev, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Məhkəmə tibbi eksperti  Şakir Musayev, XXI əsr Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, fəlsəfə elmləri doktoru Etibar Əliyev, Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Kamran Əsədov, iş adamı Vahid Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər.

Səfərin məqsədi universitetin maddi-texniki bazası, təhsil şəraiti ilə yaxından tanış olmaq, Monqolustanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrini müzakirə etmək olub.

Bənzər yazılar