Dərc olunub: 11.02.2019

İl ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyata alınıb və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusundaBakıda keçirilən konfransda bildirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il yanvarın 1-dək Agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib.

Bənzər yazılar