Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev Londonda keçiriləcək “Abstract accepted – 4th Annual Conference and Expo on Biomaterials” konfransında iştirak edəcək.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, təşkilat komitəsindən göndərilən materiala – referata yazdığı izahat və şərhlərlə konfransın işinə dəstək göstərən akademik konfransın ilk günündə geniş məruzə ilə çıxış edəcək.

Tofiq Nağıyevin geniş tədqiqatlarına və təcrübəsinə əsaslanan konfransın sertifikatları alimin özünün imzası ilə təqdim ediləcək. Məruzəçi və iştirakçılara sertifikatların verilməsi azərbaycanlı alimə həvalə edilib.

Bənzər yazılar