Dərc olunub: 11.02.2019

2019-cu ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri elan edilmişdir.

DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I – V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər təbrilərin tarixləri müəyyən olunmuşdur.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaqdır.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələri üçün) 1-ci imtahan 5 mayda, 1-ci imtahanda “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat 8 – 14 mayda, həmin tarixdə qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan 26
may tarixində keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı 10 fevralda, ərizə qəbulu (I – V qruplar) 15 mart
– 15 apreldə keçiriləcək. QƏBUL İMTAHANI – I-IV ixtisas qrupları üzrə I mərhələ (əvvəlki illərin məzunları üçün) və V
qrup üzrə 28 aprel, QƏBUL İMTAHANI – II və III ixtisas qrupları
üzrə (yaz imtahanı) 12 mayda,  QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) 19 mayda baş tutacaq. 


Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron   qeydiyyatı 30 may – 12 iyun
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları
üzrə (yay imtahanı) 30 iyunda,  QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı) 7 iyulda baş tutacaq. 


Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 24 – 28 iyunda,  V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 24 iyun – 3 iyulda,  I qrup üzrə 12 – 17 iyulda olacaq. 


Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə
qabiliyyət imtahanları (I və V qrup) V qrup (bədən
tərbiyəsi ixtisası üzrə) 1 – 7 iyulda,  V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 7 iyul – 2 avqust tarixlərində,  I qrup üzrə 22 – 26 iyulda keçiriləcək. 


Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul
olmaq istəyənlərin qeydiyyatı 20 – 24 iyulda,  Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 27 iyul – 2 avqustda baş tutacaq.


Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 22 – 25 iyulda,  jurnalistika ixtisasını seçən
abituriyentlərin qabiliyyət imtahanı 1 avqustda, ixtisas seçimi (I – IV qrup) 24 iyul – 6 avqustda keçiriləcək.


İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra)) 24 iyul – 6 avqustda, abituriyentlərin qəbul olduqları təhsil
müəssisələrində qeydiyyatı (I mərhələ) 15 – 27 avqustda olacaq.


Boş qalan yerlərə ixtisas seçimi 15 – 19
avqustda, boş qalan yerlərə qəbul olan abituriyentlərin
qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 avqust – 2 sentyabrda həyata keçiriləcək. 

mektebgushesi.az

Bənzər yazılar