Dərc olunub: 11.02.2019
DİM Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının tarixini açıqladı. Mektebgushesi.az – a DİM – dən verilən məlumata görə orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu prosesində ərizə qəbulu 15 mart – 15 apreldə,  QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) 28 apreldə aparılacaq.  Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 24 iyun – 3 iyulda, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 12 – 17 iyulda, ixtisas seçimi 15 – 19 avqustda baş tutacaq.  Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 – 29 avqustda, boş qalan yerlərə ixtisas seçimi 30 avqust – 4 sentyabrda, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 6- 11 sentyabrda olacaq.  Buraxılış imtahanları İlk peşə-ixtisas təhsili müəssisələri 17 fevralda, iİlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı 18 fevralda, ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət 3 martda baş tutacaq.  Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət 10 martda, ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət 17 martda, ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 31 martda, tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı 5 mayda kjeçiriləcək.  Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət 2 iyunda, ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət 9 iyunda, ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət 16 iyunda, ümumi (9 illik) orta bazasında II mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 23 iyunda olacaq.  Tam (11 illik) orta təhsil bazasında  1-ci istiqamət 7 apreldə,  tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət 14 apreldə, tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət 21 apreldə, tam (11 illik) orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 28 apreldə olacaq. Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı 5 mayda baş tutacaq.  mektebgushesi.az

Bənzər yazılar