Dərc olunub: 11.02.2019

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində iki qrupda pilot layihə həyata keçirilir.

Peşə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 40 tələbəni əhatə edən elektrik xətt quraşdırıcısı və tikişçi ixtisası qruplarında Almaniyanın dual (paralel) təhsil sistemi tətbiq olunur. Dual (paralel) təhsil sistemi sayəsində gənclər məktəbdə və müəssisədə öz gələcək peşələrinə optimal surətdə hazırlaşırlar. Sistemə görə əsas üstünlük praktikaya verilir, tədrisdə təcrübənin çəkisi 70 faiz təşkil edir. Tələbələr“səriştəli”, “səriştəsiz”, “müəllimin dəstəyi ilə” səviyyələrinə uyğun dəyərləndirilir.

Bənzər yazılar