Dərc olunub: 11.02.2019
DİM-dən mektebgushesi.az -a verilən məlumata görə rezidenturaya qəbul olmaq istəyənlər 14 – 21 fevral tarixlərində ərizə ilə müraciət edə bilərlər. İmtahana buraxılış vərəqəsinin çap edilməsi 1- 6 aprel, qəbul imtahanının  I mərhələsi 7 aprel tarixində baş tutacaq. I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı 3 – 10 iyun tarixlərində, imtahana buraxılış vərəqəsinin çap edilməsi 10 – 13 iyulda reallaşacaq. Qəbul imtahanının  2-ci mərhələsi 14 iyulda keçiriləcək. İxtisas seçimi 16 – 22 iyul tarixlərində aparılacaq. Qəbul olan namizədlərin qeydiyyatı 29 iyul -2 avqust tarixlərində  aparılacaq. Boş qalan yerlərə ixtisas seçimi 5 – 6 avqustda, boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı 8 – 9 avqustda aparılacaq. Elektron sınaq imtahanı (baza fənləri üzrə) 16 mart, elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə) 11- 16 martda baş tutacaq.  mektebgushesi.az

Bənzər yazılar