Belarusda Minsk vilayətinin Stolbtsı şəhərində orta məktəb şagirdi müəlliməsi və 3 məktəblini bıçaqlayıb. Müəllimə və şagirdlərdən biri aldığı yaradan ölüb.
“Report” “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yaralı 2 şagird xəstəxanaya yerləşdirilib.
Şübhəli şəxs – 2003-cü il təvəllüdlü yeniyetmə hadisə yerindən qaçıb. Vilayətin altı rayonunda “Sirena” planının elan edilməsindən sonra onu saxlayıblar.
Hazırda məktəbdə istintaq-əməliyyat qrupu işləyir.