Manisanın Kırkağaç qəsəbəsində təxminən 25 metr yüksəklikdəki qayalıqlardan yıxılan universitet tələbəsi Meltem Sezər həyatını itirib.


Hadisə, dünən saat 16.30 radələrində Kayadibi məhəlləsində baş verib. Universitet tələbəsi olduqları öyrənilən Meltem Sezərlə yoldaşı G. Y., Kuruca qayalıqlara dırmaşıb.

İki yoldaş burada vaxt keçirdikləri zaman, Sezər naməlum bir səbəblə tarazlığını itirərək 25 metr yüksəklikdən yıxılıb. Sezərin düşdüyünü görən məhəllə sakinləri, vəziyyəti 112 sağlamlıq və xilasetmə qruplarına bildirib.
Hadisə yerinə gələn xilasetmə qrupları, Sezəri qayalıqlardan endiriblər, sağlamlıq qruplarının müayinəsi zamanı Sezərin həyatının itirdiyi təyin olunub.
Hadisədən böyük şok yaşayan G. Y. isə xilasetmə qruplarının müdaxiləsi ilə aşağıya endirilib. Sezərin cansız bədəni, prokurorun araşdırmasının ardından İzmir Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.
Hadisə ilə əlaqədar istintaq başlayıb.

Mektebgushesi.az

Bənzər yazılar