Mektebgushesi

İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir

Paytaxtın ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir. “İKT savadlılığının artırılması”, “Təhsildə müasir strategiyalar və layihə metodikası” mövzusunda təlimlərə İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmədə iştirak etmiş müəllimlər qatılıb. İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən təlimlər həftədə üç dəfə keçirilir. Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi təşkil […]

700 bal toplayıb, xarici seçən tələbə: “Təhsilimizdəki ən böyük problem məktəblərdə rastlanan rüşvət hallarıdır”

“Təəssüf  ki, təhsilimizdə həm orta,  həm də ali məktəb səviyyəsində fundamental  boşluqlar var. Bunların başında sözsüz ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq hələ də orta təhsil müəssisələrində rastlanan rüşvətxorluq hallarıdır”. Mektebgushesi.az xəbər verir ki, bunu AzEdu.az-a müsahibəsində Macarıstanda   oxuyan gənc soydaşımız Fərid Hüseynov deyir. Fəridlə   müsahibəni təqdim edirik: Öz dilindən dosye:Mən Fərid Hüseynov  1999-cu ildə Bakıda anadan […]

İdris İsayev: “İnformal və qeyri-formal üsullarla əldə edilən səriştələrin tanınması ilə bağlı layihə hazırlanıb”

“İnformal və qeyri-formal üsullarla əldə edilən səriştələrin tanınması üçün normativ hüquqi aktın qəbul olunması ilə bağlı layihə hazırlanıb. Bu, Nazirlər Kabinetinin qərar layihəsi olacaq”. Layihənin razılaşdırılması üçün aidiyyatı orqanlara təqdim olunacağını qeyd edən nazir müavini bildirib ki, bəzi insanlar müəyyən bilik və bacarıqlara malikdirlər: “Onlar bunu müxtəlif vasitələrlə alıblar – kiminsə yanında öyrəniblər və yaxud hanısa kurslarda […]

Azərbaycanda hər şagirdə nə qədər müəllim düşəcək? – QƏRAR

Nazirlər Kabineti “Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası”nı təsdiq edib. Yeni metodologiya Dövlət Statistika Komitəsinin təklifi nəzərə alınmaqla hazırlanıb. Bu metodologiya statistik müşahidələrin nəticələri əsasında formalaşan rəsmi statistik məlumatlardan istifadə edilməklə, ümumi təhsilin hər bir səviyyəsi üzrə müəllim-şagird nisbətinin hesablanması üsulunu müəyyənləşdirir. Sənəddə qeyd edilir ki, müəllim-şagird nisbəti ümumi təhsilin hər bir […]

ADU-da “Çinin ali təhsili” mövzusunda seminar keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çinin ali təhsili” mövzusunda seminar keçirilib. Universitetdən mektebgushesi.az – a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Azərbaycanda Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin, eləcə də, respublikamızın ali məktəblərində təhsil alan çinli tələbələrin sayının artmasından, hər […]

25 metr yüksəklikdəki qayalıqlardan yıxılan universitet tələbəs həyatını itirib

 Manisanın Kırkağaç qəsəbəsində təxminən 25 metr yüksəklikdəki qayalıqlardan yıxılan universitet tələbəsi Meltem Sezər həyatını itirib. Hadisə, dünən saat 16.30 radələrində Kayadibi məhəlləsində baş verib. Universitet tələbəsi olduqları öyrənilən Meltem Sezərlə yoldaşı G. Y., Kuruca qayalıqlara dırmaşıb. İki yoldaş burada vaxt keçirdikləri zaman, Sezər naməlum bir səbəblə tarazlığını itirərək 25 metr yüksəklikdən yıxılıb. Sezərin düşdüyünü görən […]

Baş Nazir ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalara dəyişikliklər edib – Siyahı

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Mektebgushesi.az  xəbər verir ki, dəyişiklik Baş nazir Novruz Məmmədovun imzaladığı qərar  2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.  Sıra№-si İxtisasların (proqramların) şifri və adı 1 2 3 1. Təhsil ixtisasları qrupu 1. 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 2. 050102 Biologiya müəllimliyi 3. 050103 Coğrafiya müəllimliyi […]

Süd Yolu qalaktikasının diski əyridir

Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikasının diski qeyri-stabildir və müstəvisi əyridir. Çin Elmlər Akademiyasının (EA) Milli Astronomiya Rəsədxanası əməkdaşlarının məlumatına görə, qalaktikamızın mərkəzindən uzaqlaşdıqca bu təhriflər güclənir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında məlumat yer alıb. Qeyd olunub ki, çox uzaq məsafədən baxdıqda, qalaktikamız özündə ulduzlardan ibarət nazik […]

AMEA “Gənc qadınlar elmdə” müsabiqəsi elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müvafiq sərəncamına əsasən, AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsi elan olunur. AMEA-dan mektebgushesi.az -a verilən məlumata görə, müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir. Akademiyanın […]

Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası təsdiq edilib

Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası təsdiq edilib Nazirlər Kabineti “Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.A Mektrebgushesi.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. “Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası” təsdiq edilsin”, – deyə qərarda bildirilir.

Birinci vitse-prezident məktəbdə

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə də olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb. Mektebgushesi.az “Qafqazinfo” – ya istinadən xəbər verir ki, məktəbin direktoru Seyfəddin Mustafayev Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham […]

Kamal Abdulla qalmaqallı dekanı işdən çıxardı

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb.  Mektebgushesi.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, V. Ağabəyli BakuPost-a bildirib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar. O, ADU-da əleyhinə çıxmamış insanların da hazırda hədəf olduğunu bildirib: “Kimlər ki, mənim əleyhimə çıxmayıblar, növbəti hədəf onlardır. Pərvin Mürsəlovanı da bu gün işdən çıxardı, […]