Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 9 fevral 2019-cu il tarixində Şabran rayonunda “Sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviqi” adlı layihə çərçivəsində təlim keçirilmişdir.

Tədbirdə ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Məmmədova Könül tədbir iştirakçılarına layihə ilə bağlı məlumat vermişdir. O, layihənin reallaşması üçün maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, layihənin əsas məqsədi yeniyetmə və gənclərin arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, kiçik və orta sahibkarlıq sahəsində fəaliyyətə başlamaq istəyən yaradıcı gənclərə dəstək olmaqdır.

Daha sonra təlimçi Elşən Şərifov çıxış edərək gənclərə “Sahibkarlığa başlamağın yolları” və s. mövzularda ətraflı məlumat vermişdir.

Layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün iştirakçılara məlumatlandırıcı bukletlər paylanılmışdır. Təlimin sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Məlumat üçün bildirək ki, növbəti təlimlərin Xaçmaz və Quba rayonlarında keçirilməsi nəzərdə tutulur

Mektebgushesi.az

Bənzər yazılar