“Nazirlər Kabinetinin təsdiqlədiyi “Ali təhsilin bakalavriat (ali baza tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq”. 

Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev deyib. 

Onun sözlərinə görə, yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur: “Bu təsnifatlar 3 il ərzində aparılan təhlillər, tədqiqatlar nəticəsində yaranıb”. 

Y.Piriyev əlavə edib ki, magistratura üzrə də gələcəkdə ixtisasların təsnifatı aparılacaq: “Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Prosesə bu il və ya gələn il başlanılacaq. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. İxtisasların ləğv olunması məzunlara təsir etməyəcək, yalnız bu ixtisasların yeni məzmunu hazırlanacaq. Yeni yaradılan ixtisasların 70 faizi Avropada qəbul olunmuş ixtisaslardır. Bu tələbələrin Avropada təhsilini davam etdirmək üçün əhəmiyyətlidir”.

Bənzər yazılar