Mektebgushesi

Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb. Universitetdən mektebgushesi.az– a verilən məlumata görə, İki ölkə arasındakı əlaqələrin tarixi inkişafından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstan ilə müxtəlif sahələrdə uğurlu münasibətlərdən bəhs edən F.Qurbanov elm və […]

Abituriyentlərin nəzərinə! – IV qrup üzrə ötənilki keçid balları – Tam siyahı

IV qrup üzrə ötənilki keçid balları – Minumum 150, maksimum 671 bal 2019-cu ildən ali məktəblərə qəbul qaydaları kurikulum sistemi əsasında təşkil olunacaq. Qaydalar və imtahan modeli yeni olduğundan abituriyentlərin narahatlığı artmaqda davam edir. Onları maraqlandıran əsas məqamlardan biri də ixtisas qrupuları və ixtisaslar üzrə keçid ballarıdır. İstənilən il üzrə keçid balları müsabiqədən əvvəl məlum […]

Paytaxt məktəblərində GÇH rəhbərləri və şagirdlərlə görüşlər keçirilib

Paytaxtın ümumi təhsil müəssisələrinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri və XI sinif şagirdləri ilə görüşlər keçirilib. Görüşlərin əsas məqsədi GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, məktəblilərlə ixtisas seçimi istiqamətində müzakirələr aparmaq, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir. Tədbirlərdə çıxış edənlər GÇH rəhbərlərinə məktəblilərdə hərbi vətənpərvərlik […]

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) IV kurs tələbələri 18 fevral 2019-cu il tarixdən 14 həftə ərzində bir sıra müxtəlif dövlət qurumlarında istehsalat təcrübəsi keçəcəklər. Akademiyadan mektebgushesi.az verilən məlumata görə, Akademiyanın rəisi Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Qulu Novruzov “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” […]

Almaniyalı alimlər Şəmkir ərazisində aşkarlanan tapıntıları araşdırırlar

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Lüdviq və Maksimilian adına Münxen Universitetinin (Almaniya) Ön Asiya Arxeologiyası İnstitutu ilə birgə Şəmkir rayonunun Qaracəmirli kəndində və ətraf ərazilərdə arxeoloji araşdırmalar aparır. Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyası Qaracəmirli kəndinin ərazisində aşkarlanan, e.ə. V-IV əsrlərə aid sarayda tədqiqatları davam etdirməklə yanaşı, Şəmkir rayonu ərazisindəki digər yeni abidələrin qeydiyyatı və həmin abidələrdə […]

Dövlət qulluğuna qəbul üçün test imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. DİM-dən mektebgushesi.az -a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib. İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında […]

AzMİU-nun nümayəndə heyəti Londonda təlimlərdə iştirak edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri Böyük Britaniyada elmi məzuniyyətdə olublar. Nümayəndə heyəti 11-16 fevral tarixlərində Londonda Bakı Biznes Universitetinin koordinator-rəhbəri olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” EQAC adlı Erasmus+ layihəsinin növbəti təlimlərində iştirak ediblər. Təlimlər Böyük Britaniyanın tanınmış Universiteti olan Middlesex Universitetində keçirilib. Londonda […]

ADPU-da professor Seyidağa Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində tanınmış metodist-alim, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Seyidağa Sail oğlu Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə foyedə Seyidağa müəllimə həsr olunan sərgi ilə tanış olublar. Tədbir iştirakçılarını salamlayan fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bir əsrlik […]

Azərbaycan Texniki Universitetində təhsil, texnologiya və biznes səyləri birləşdirilir

Fevralın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) “Maxtexno” və “ECOtech Solutions” şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.Prorektor İlham Pirməmmədov “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən AzTU-da təhsil, texnologiya və biznes səylərinin birləşdirilməsi istiqamətində mühüm işlər aparıldığını söyləyib. Qeyd edib ki, bununla əlaqədar universitetin müvafiq fakültə və kafedralarında araşdırmalar aparılıb, bəzi istehsalat […]

Qurban Yaquboğlu – Salahovun kitabı barədə

Bildiyini sənədə çevirmək… “Bu kitabın nə redaktoru, nə də elektron mətninin oxucusu olmuşam” – dedim. Oxumadığın kitabdan danışmaq olarmı? Olar, deyib davam elədim, bu gün bu tədbirdə, imza günündə danışacam. Dostunun, həmkarının, vaxtaşırı görüşdüyün adamın yazdığından, yazacağından həmişə kənara sızıntı olur, ancaq bu, hələ hamısı deyil… Bu günlərdə çapdan çıxmış “Qanlı kaha” kitabı barədə Elxan […]