Mektebgushesi

Müəllim və direktorlar üçün – Şagirdlərin şəxsi işləri necə hazırlanır

Direktorların işə qəbul imtahanı nəticəsində 228 direktor yerlərə təyinat alıb. Hazırda bu yeni direktorların maraqlandığı əsas məqam məktəb idarəçiliyi və sənədləşmə işləri ilə bağlıdır. Öncə qeyd edək ki, şəxsi iş bütün ümumtəhsil müəssisələrində hər şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər aparılır. O, həm də yeni təyin olunan sinif rəhbərinin şagirdi öyrənmək üçün istifadə […]

Qarlı hava bölgələrdəki məktəblərə ziyan vurub

Ölkə ərazisində hazırda da davam edən qarlı hava şəraiti Şimal rayonları və dağlıq ərazilərdə daha çox müşahidə edilib.  Ötən gecə qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusarda, Xınalıqda 7, Qrızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm olub. Mektebgushesi.az xəbər verir ki, AzEdu.az ucqar ərazilərdəki qarlı hava şəraitinin məktəblərdə təchizat […]

Sərhad Məmmədov – LDU inkişaf yolundadır

Söhbətimə həmişə xatırladığım bir Şərq kəlamı ilə başlamaq istəyirəm:”Dünya dörd dirək üzərində durur:Alimlərin hikməti, insanların mərifəti, elmin həqiqəti, qəhrəmanların cəsarəti”.Orta əsrlərdə Şərqdə fəaliyyət göstərən bütün universitetlərin qapısı ağzında bu sözlərin yazıldığı lövhələrin vurulması təsadüfi olmayıb, rəmzi xarakter daşıyıb.Öyrədənə,öyrənənə də xatırladıb ki, universitetə təkcə elm məkanı kimi deyil, insanlıq məktəbi kimi baxılmalıdır. Mən həyatımda cox məktəblər […]

Çin kosmosda orbital elektrik stansiya quraşdıracaq

Çin alimləri kosmosda Günəş enerjisini toplayacaq və lazerin köməyi ilə Yerə ötürəcək orbital stansiya üzərində işləyirlər. AZƏRTAC Çinin “Science Technology Daily” elmi nəşrinə istinadla xəbər verir ki, artıq Çinin Çunçin şəhərində bu məqsədlər üçün istifadə olunacaq eksperimental bazanın tikintisinə başlanılıb. Yaxın 5 ildə ilk sınaq elektrik stansiyası stratosferə buraxılacaq. Layihəni ölkənin Kosmik Texnologiyalar Agentliyi həyata keçirir. […]

BDU-nun professoru Hindistanda beynəlxalq seminarda iştirak edib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı “Hindistan, İran və Orta Asiyanın mədəniyyətlərarası mirası” mövzusunda beynəlxalq seminarda iştirak edib. Mektebgushesi.az xəbər verir ki, Hindistanın Assam bölgəsində yerləşən Guvahati Universiteti tərəfindən təşkil olunan seminarda tarix, ədəbiyyatşünaslıq, dilçilik, folklor, mifologiya, fəlsəfə, kulturologiya, psixologiya elmləri üzrə maraqlı məruzələr dinlənilib.Almaniya, Böyük Britaniya, Norveç, […]

Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Fevralın 22-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 275 nömrəli tam orta məktəbdə (Ünvan: Yeni Günəşli qəsəbəsi, A/B […]

Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Layihə idarəetmə İnstitutunun (PMI – Project Management Institute) yaradılmasının 50-ci ildönümünə həsr olunmuş “Müvafiq layihə idarəetmə metodlarının tətbiqi və onların müasir idarəetmədə rolu” başlıqlı “PMI Azerbaijan 2019” sammiti keçirildi. Tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın Azərbaycandakı nümayəndəliyi – PMI Azerbaijan Chapter (Potential) tərəfindən təşkil olundu. Sammitdə informasiya texnologiyaları, sənaye, tikinti, […]

Təhsil naziri Ərdoğanın baş müşaviri ilə görüşüb

Azərbaycanın Ankaradakı səfirliyində təhsil naziri Ceyhun Bayramov ilə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu arasında görüş olub. Mektebgushesi.az xəbər verir ki, görüşdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib. Tərəflər təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparıblar. Əminliklə bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı olaraq elm və təhsil […]

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən  Mektebgushesı.az-a bildiriblər. Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək: S/s    İmtahan keçiriləcək bölgələr      Buraxılış imtahanlarının keçirilmə tarixləri   Ümumi orta təhsil səviyyəsi   üzrə (1-ci mərhələ)      Ümumi orta təhsil səviyyəsi   üzrə […]

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər keçiriləcək

“Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planında ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr ediləcək. Həmçinin “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur. Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda […]

ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfranslar keçirilib

Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya, Fizika və texnologiya, Kimya və biologiya, Riyaziyyat və informatika, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Tarix və coğrafiya, İbtidai təhsil, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fakültələrində və SABAH qruplarında 2018-2019-cu tədris ilinin yaz semestrində əyani və qiyabi təhsilalma forması üzrə keçiriləcək pedaqoji təcrübəyə […]

UFAZ-ın direktoruna dosent diplomu təqdim olunub

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında diplomların təqdim olunması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əskərova tarix üzrə fəlsəfə doktoru dosent diplomu təqdim olunub. Müvafiq qərar Ali Attestasiya Komissiyasının 1 fevral 2019-ci il tarixli kollegiya iclasında qəbul edilmişdi. Qeyd edək ki, Vazeh […]