Dərc olunub: 19.02.2019

Azərbaycanın Ankaradakı səfirliyində təhsil naziri Ceyhun Bayramov ilə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu arasında görüş olub.

Mektebgushesi.az xəbər verir ki, görüşdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib.

Tərəflər təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparıblar. Əminliklə bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı olaraq elm və təhsil sahəsində də böyük uğurların qazanılmasına təkan verir.

Bənzər yazılar