Mektebgushesi

ADAU-da təlimçilər üçün təlimlər başa çatıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə 2019-cu ilin 27 fevral-1 mart tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlərə 74 iştirakçı qatılmaqla, burada ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və […]

Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq

Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq. Mektebgushesi.az xəbər verir ki , bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib. M.Boçarnikovun sözlərinə görə, söhbət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarından gedir. Səfir əlavə edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda bu ilin […]

Daha 28 məktəbə direktor təyin olunub

Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlayıb. Nazirlikdən mektebgushesi.az -a verilən məlumata görə, 28 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar. Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş […]

Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb. Mektebgushesi.az xəbər verir ki, belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdə dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur. Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb […]

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr: * İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) , tünd-göy və ya qara rəngdə yazan […]

Rusiyanın Azərbaycandakı səfiri BSU tələbələrini qəbul edib

Martın 1-də Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Çelyabinskdə keçirilən III Beynəlxalq Diplomatik Oyunlarının final mərhələsində qalib gələn Bakı Slavyan Universitetinin (BSU) “Kaspi” komandasının üzvlərini qəbul edib. Görüşdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, həmçinin “Kaspi” komandasının məşqçisi Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Mayya Cəfərquliyeva da iştirak edib. Səfirlə söhbət zamanı […]

BSU-da Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirilib

Martın 1-də Bakı Slavyan Universitetində Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos da iştirak edib. Tələbələrlə görüşdən öncə səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüşdə Yunanıstan və Azərbaycan arasında dostluq və əməkdaşlığın mühüm istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Yunanıstan səfirliyinin Bakı Slavyan […]

Azərbaycan İlahiyyat İnstitutunda millət vəkili Fazil Mustafa ilə görüş təşkil olunub

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini vurğulayıb. İnistitutdan Mektebgushesi.az bildirilib ki, rektor İnstitutda tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və […]

Təhsil naziri “MBA Club”un üzvləri ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov dünyanın məşhur universitetlərində magistr səviyyəsi üzrə təhsil almış “MBA Club”un (Master of Business Administration) üzvləri ilə görüşüb. Mektebgushesi.az Təhsil Nazirliyinə istinadən bildirir ki, görüşdə Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahat və layihələr barədə ətraflı məlumat verib, qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, təhsilin inkişafı dövlət siyasətinin əsas […]

BDU-da “100 innovativ tələbə” layihəsi başladı

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən “100 innovativ tələbə” layihəsinə start verilib. Universitetdən mektebgushesi.az – a verilən məlumata görə, Layihənin məqsədi tələbələrdə innovasiyalara əsaslanan sahibkarlığın motivasiya edilməsidir. Bu məqsədlə Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında universitetin bütün fakültələrindən seçilən istedadlı tələbələrin iştirakı ilə “İdeyadan biznesə” adlı təlim sessiyası başlanıb. İlk […]

İlk peşə-ixtisas təhsili alan şagirdlərin buraxılış imtahanlarının nəticələri elan olunub

2019-ci il fevralın 17-də ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. DİM -dən mektebgushesi.az – verilən məlumata görə, imtahan nəticələri martın 1-də saat 15:05-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz […]

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı azalıb

Hazırda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 124 nəfər təşkil edir. Mektebgushesi.az -ın məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Azərbaycan vətəndaşlarının 470-i dövlət, 1 654-ü isə özəl universitetlərdə oxuyur. İllik müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 578 nəfər azalıb. 2017-2018-ci tədris ilində Gürcüstanda ali təhsil alan […]

ADNSU ilə Cərrahpaşa Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Avrasiya Universitetləri Birliyinin 27 fevral-1 mart tarixlərində İstanbulda keçirilən “IV Avrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı fevralın 28-də Türkiyə Cümhuriyyətinin ən nüfuzlu ali məktəblərindən biri olan Cərrahpaşa Universitetində olub və ali məktəbin rektoru, professor Nuri Aydınla görüşüb. Universitetdən mektebgushesi.az -a bildirilib ki, Cərrahpaşa […]

Rektor İş adamlarına səsləndi: “Desinlər ki, xarici ölkələrdə Üzeyir bəyin musiqisi ongünlüyü keçirək”

“Tüfənglə həll olunmalı məsələ deyil” Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi ilə musiqimizin bu günündən, qayğılarından və uğurlarından danışmışıq. Söhbətə nərdivanı isə həmsöhbətimin böyüdüyü mühitdən, ailədən saldıq. Niyə? Bunu sonda bilərsiniz. Hələlik isə, görək Siyavuş Kərimi şöhrət ordenli professor oluncaya qədər kim olub… Mektebgushesi.az LENT.az-ın əməkdaşı Ramilə Qurbanlının Azərbaycan Milli Konservatoriyasının rektoru, […]

ADPU-da 1Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Martın 1-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirilib. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov universitetin 2019-cu il üçün mülki müdafiə üzrə hazırlıq planına əsasən fevralın 6-da bu tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə […]