Dərc olunub: 02.03.2019

Şəkidə azyaşlı qız dəm qazından zəhərlənib. 

Mektebgushesi.az xəbər verir ki, ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 21 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 11 yaşlı Sumeyra Yusif qızı Nəsirli zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Xəstəxanadan bildirilib ki, müayinə zamanı S. Nəsirlinin dəm qazından zəhərləndiyi məlum olub. O, yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar