Dərc olunub: 04.03.2019

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)
payız semestrinin imtahan sessiyasının nəticələrinə və digər məsələlərə həsr olunmuş “Açıq mikrofon” təşkil olunub.

ADNSU-dan A bildiriblər ki, professor və müəllimlərin, tələbələrin, valideyinlərin iştirak etdikləri tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı payız semestrinin imtahan sessiyasının nəticələri barədə ətraflı məlumat verib. Universitetdə həyata keçirilən yenilik və islahatlardan danışan rektor yeni qiymətləndirmə sisteminin tətbiqinin qarşıda duran əsas prioritet məsələ olduğunu bildirib.

M.Babanlı, eyni zamanda, auditoriyaların “Veb auditoriya” sisteminə keçirilməsi, elektron tədrisin daha geniş vüsət alması, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi, texniki bazanın yaxşılaşdırılması və s. istiqamətdə reallaşdırılan tədbirlərdən bəhs edib.

Yeni layihələr barədə məlumat verən rektor cari semestrdə bir neçə laboratoriyanın və HPC mərkəzin açılacağını vurğulayıb. Bununla yanaşı, 2020-2021-ci tədris ilindən qəbulun yeni təsnifata uyğun aparılacağını deyən M.Babanlı universitetə dünya səviyyəli informasiya texnologiyaları üzrə kursların təşkilini və bu istiqamətdə işlərin mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə 2018-2019-ci il qış imtahan sessiyasında kurslar üzrə ən yaxşı nəticə göstərən qruplar mükafatlandırılıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

mektebgushesi.az

Bənzər yazılar