Azərbaycan Dillər Universitetinin (ADU) professor-müəllim heyəti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd tam orta məktəbinin kitabxanasına dərslik və dərs vəsaitləri, şagirdlərə isə zəruri dəftərxana ləvazimatları hədiyyə edib.

ADU-dan verilən məlumata görə, bununla yanaşı, məktəbdə təcrübə keçən tələbələrin dərsləri professor-müəllim heyəti tərəfindən dinlənilib, onlara xarici dilin tədrisi ilə bağlı lazımi məsləhətlər verilib.

Məktəbin müəllim kollektivi ilə görüş zamanı bir sıra təkliflər müzakirə olunub. Məktəbdə fransız dilinin tədrisinin təşkili, innovativ təlim metodlarına dair, eləcə də “Sağlam həyat tərzi və həyati bacarıqlar” mövzusunda universitetin tələbələri tərəfindən təlimlərin keçirilməsi planlaşdırılıb.

mektebgushesi.az

Bənzər yazılar