Dərc olunub: 04.03.2019

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin növbəti təlimi keçirilib.

ADNSU-dan verilən məlumata görə, “İnformasiya texnologiyalarının insan həyatında rolu”, “Java proqramlaşdırma dili” və “Xaricdə təhsil” mövzularında təşkil olunan təlim “EMİNERA” şirkətinin nümayəndələri Qabil Əliyev və Emin Zeynalov tərəfindən aparılıb. Onlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

“EMİNERA” hüquqi şirkət olaraq yaradılıb və 2008-ci ildən bir çox layihələrdə iştirak edib. Bu şirkət xaricdə təhsil xidməti, informasiya texnologiyaları və ictiamiyyətlə əlaqələr üzrə bazarın iştirakçısıdır.

mektebgushesi.az

Bənzər yazılar