Elə xatirələr də var ki, xatırladılması yaddaş üçün vacibdir.
Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsinin gələcək üçün əsas prioritetlərini açıqlayarkən şagirdlərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.
Yetişməkdə olan nəsli ən qədim zamanlardan başlayaraq, bizim günlərədək cəmiyyətin inkişafı haqqında möhkəm biliklərlə silahlandırmaq, faktiki materialın seçilməsi və ümumiləşdirilməsi əsasında ictimai inkişaf qanunauyğunluqlarının elmi anlaşılmasının onların başa düşdüyü formada çatdırmaq, dünyəvi proseslərdə doğma Vətəninin yerini və rolunu xüsusi vurğulamaqla yeniyetmə və gəncləri milli ruhda tərbiyə etmək tarix fənninin məqsədi və bu fənni tədris edən hər bir müəllimin başlıca və ümdə vəzifəsidir.
Yəqin, bəlkə də çoxları bilmir ki, uzun illər Azərbaycan tarixi yalnız epizodik formada SSRİ tarxi kursunun tərkibində, hər müəyyən bölmənin sonunda doğma tariximizə cəmi 1 dərs saatı ayrılmaqla tədris olunmuş, tariximizin ayrı- ayrı dövrlərinin qədim və zəngin səlnaməsi əslində diqqətdən kənarda saxlanılmışdır. Yalnız 80-ci illərin əvvəllərindən başlayaraq respublika tarixinin öyrənilməsi üçün ayrılmış saatların miqdarına müvafiq olaraq respublika tarixi üzrə proqram materialının həcmi və məzmununun qaydaya salınması, “SSRİ tarixi” və ümumi tarix kurslarını keçərkən qazanılan bilikləri öz respublikamızın materialları əsasında konkretləşdirmək istiqamətində ilk cəsarətli addımlar atılmışdı.
Təhsil nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqrama əsasən “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı. Yalnız 1986-cı ildə işıq üzü görən
“Tarix proqramı”nın tətbiqindən sonra Ümumtəhsil 11 illik məktəblərdə tarixin öyrənilməsinə həftədə 20 saat, ildə 678 saat ayrıldı. Vətən tarixi və Ümumi tarixin müstəqil kurslarının xətti prinsip əsasında tədrisi nəzərdə tutuldu.
Belə ki, yalnız bu ilkə imza atılması nəticəsində “SSRI tarixi” ümumi kursunun tərkibundə, onunla sıx əlaqədə öyrənilən Azərbaycan tarixi ayrıca keçilirməyə başladı. Respublika tarixinin öyrənilməsinin təlim-tərbiyəvi əhəmiyyətini nəzərə alınaraq, proqramda Azərbaycan tarixinin saatları artırılaraq 71 saata çatdırılmış, VIII sinifdə-17, IX sinifdə-16, X sinifdə-22, XI sinifdə 16 saat müəyyənləşdirilmişdi. Bundan əlavə V sinifdə Azərbaycan tarixinə dair hekayələrin öyrənilməsinə 11 saat vaxt ayrılmışdı. Proqramda hər kurs üzrə əsas anlayışlar və aparıcı ideyalar, şagirdlərin əsas bacarıqları, fəndaxili və fənlərarası əlaqələr verilirdi.
Azərbaycan tarixinin ayrıca fənn kimi tədris planına salınması və attestata ayrıca qiymət yazılmasının təşəbbüskarı və ayrıca Azərbaycan tarixi proqramının tərtibçisi olmağımdan bu günün özündə də müəyyən qürur hissi keçirirəm.

Bənzər yazılar