Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə əməkdaşlığı ilə peşə təhsili sistemində “Pedaqogika və didaktika” mövzusunda təlimə start verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimin ilk günündə almaniyalı təlimçi, professor Gebhard Hafer duala bənzər peşə təhsili və təlimi konsepti haqqında danışıb. İşəgötürənlərlə yaradılan əməkdaşlıq, tələbələrin şirkətlərdə istehsalat təcrübəsinə cəlb edilməsi, şirkət daxilində keçirilən təlimlərin təşkili haqqında məlumat verilib.

Təlimdə peşə təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.

Bənzər yazılar