Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

Nazirlikdən verilən xəbərə görə, əmrə əsasən, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Qeyd edək ki,  23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir.

mektebgushesi.az

Bənzər yazılar