Dərc olunub: 04.03.2019

Azərbaycan Dövlət İqtisad Universitetinın (UNEC) Rus İqtisad Məktəbində böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

UNEC-dən bildirilib ki, tədbirdə çıxış edən məktəbin direktor müavini Anar Eyyubov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dahi ədibin yubileyinin ölkəmizdə yüksək səviyyəsində qeyd olunduğunu söyləyib.

A.Eyyubov yazıçının yaradıcılığından söz açıb, C.Məmmədquluzadə şəxsiyyətinin, “Molla Nəsrədiin” jurnalının milli təfəkkürün oyanmasında müstəsna rolu olduğunu deyib. Tədbirdə satira ustasının həyat və yaradıcılığına dair təqdimatlar olub, onun əsərləri əsasında çəkilmiş filmlərdən fraqmentlər göstərilib.

Sonda A.Eyyubov və Rus İqtisad Məktəbinin direktorluğunun mütəxəssisi Vüsal Abasov tərəfindən “XX əsrin əvvəlləri – Molla Nəsərəddin – müasir dövrdə həmin problemlər” formatında ədəbi-satirik duet təşkil edilib.

mektebgushesi.az

Bənzər yazılar