Vətəndaşlarla görüş martın 14-də Ucar rayonu Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 14-də də Ucar rayonunda vətəndaşlarla görüş keçirəcəkdir.

DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, qəbulda Ucar rayonunun sakinləri ilə yanaşı Göyçay, Kürdəmir və Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev pr., 73) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: 020-2746674) xahiş olunur. Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Ucar, Göyçay, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə də müraciət edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bənzər yazılar