Mektebgushesi

Kolleclərə keçid balı açıqlandı

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu davam edir. Mektebgushesi.az xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il martın 11-dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə martın 11-dək Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) […]

Nazim Nəsrəddinov: H.Z.Tağıyev haqqında bir yazının təəssüratları

H.Z.Tağıyev haqqında bir yazının təəssüratları və yaxud Unudulmaz insanların tarixdə qalan daş yaddaşı“Hatəm Taidən səxavətli olan görkəmli Azərbaycan mesenatı H.Z.Tağıyevin Petrovskidəki Qızlar Məktəbinin varlığı haqqında” adlandırdığım yazını  fevralın 27-də yaylmlanmaq və türk dünyasına çatdırmaq  üçün dostlarıma  göndərmişdim. Bu poçtnamədən bir gün  sonra Bakıda maraqlı və gözlənilən bir tədbir keçirildi.Ölkənin bir sıra mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin […]

ADPU-da Aprel şəhidi Nurəddin Mirzəyevin xatirəsinə həsr edilmiş təltifetmə mərasimi keçirilib

ADPU-da Aprel şəhidi Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş silsilə elmi-praktiki seminarların yekunu və iştirakçıların təltifetmə mərasimi keçirilib Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və universitetin Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi Taleh Mirzəyevin rəhbərliyi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına qədər ADPU-da icra olunan Aprel şəhidi, Lələtəpə […]

ADPU-nun bir qrup ingilis dili müəllimi beynəlxalq sertifikatla təltif edildilər

Martın 2-də ölkəmizdə ilk dəfə olaraq təşkil edilən “Kembric günü”ndə Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şəki Filialının bir qrup ingilis dili müəllimi beynəlxalq sertifikatla təltif edildilər. Rəsmi Kembric mərkəzi olan Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) tərəfindən keçirilən “Kembric günü”ndə iştirakçılar Kembric Müəllim Kvalifikasiya proqramları, müxtəlif ingilis dili üzrə Kembric imtahanları ilə yaxından tanış oldular, […]

BDU 100 illik yubileylə bağlı rəsm müsabiqəsi elan edir

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir. Rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər. Rəsm əsərlərinin məzmunu universitet həyatını əks etdirməlidir. Rəsm əsərləri 30 iyun 2019-cu il tarixinədək BDU Həmkarlar İttifaqı Komitəsinə […]