Mektebgushesi

Məktəbli odlu silahla 5 şagirdi yaralayıb

Rusiyanın Krasnodar diyarı Temrük rayonunda yerləşən məktəblərin birində şagird pnevmatik tapançadan atəş açıb. “Report” “İnterfax”a istinadən xəbər verir ki, nəticədə 5 şagird xəsarət alıb.  Hadisə ilə bağlı araşdırma aparılır.

İlk “Novruz mühazirəsi” LDU-da keçirilir

Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilir. Əvvəlcə mühazirə iştirakçıları Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş kimya və biologiya laboratoriyaları, müəllimlər üçün qonaq evi, turizm tədris-təcrübə bazasına baş çəkib, həmçinin 160 yerlik tələbə yataqxanası və tələbə korpusunun tikintisi ilə […]

Təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov martın 11-i saat 10.00-da Ağcabədi şəhərindəki Bayraq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayonlarının sakinlərini qəbul edəcək. Mektebgushesi.az – a Təhsil Nazirliyindən  bildiriblər ki, qəbulda Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında müvəqqəti […]

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 11-dək internet vasitəsilə aparılır. Dövlət İmtahan Mərkəzindən verilən məlumatda bildirilir ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə martın 11-dək DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında […]

ADPU-da DTX-nin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

ADPU-da “Xüsusi xidmət orqanlarının gənclər arasında fəaliyyəti, Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyəti və xüsusi xidmət orqanları” mövzusunda tədbir keçirilib. Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 100 illik yubileyi münasibətilə “Xüsusi xidmət orqanlarının gənclər arasında fəaliyyəti, Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyəti və xüsusi xidmət orqanları” mövzusunda tədbir […]

Məleykə Abbaszadə Ucar rayonunda vətəndaşları qəbul edəcək

Vətəndaşlarla görüş martın 14-də Ucar rayonu Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 14-də də Ucar rayonunda vətəndaşlarla görüş keçirəcəkdir. DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, qəbulda Ucar rayonunun sakinləri ilə yanaşı Göyçay, Kürdəmir və Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər. […]

Hədəf tədqiqat universitetidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmin strategiyanın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”, eləcə də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” universitetlərin inkişaf istiqamətlərini müəyyən etmişdir. Bu istiqamətlərdən biri universitetlərin elm, tədqiqat mərkəzinə çevrilməsidir. Azərbaycan Dövlət İqtisad Universiteti […]

Son 5 ildə 600 baldan çox toplayanların sayı 81,3% artıb

Ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlib. mektebgushesi.az-ın ONA-ya istinadən xəbərinə görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqda hesabatında bildirilir ki, son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb. “Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində […]

Son 5 ildə kənd məktəblərində işə başlayan müəllimlərin sayı açıqlanıb

Keçən il işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib ki, bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur. Mektebgushesi.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2018-ci ildə 4053 müəllim, son 5 ildə isə 18 136 müəllim […]

Azərbaycanda 6 min əcnəbi tələbə təhsil alır

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb. Mektebgushesi.az -ın ONA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla, 6 min nəfər təşkil edib. Bu da əvvəlki təhsil ili ilə müqayisədə […]

ABŞ-da it boyda dinozavr qalıqları tapılıb

ABŞ-ın qərbindəki Yuta ştatında alimlər ən qədim tirannozavr qalıqları aşkar edib.Tapılan qalıqların yaşı təxminən 97-95 milyon ilə bərabərdir.Qalıqlara əsasən, həmin tirannozavrın çəkisinin 87 kiloqram, ölçüsünün 1,2 metrə yaxın olduğu müəyyən edilib.Məlum olub ki, daha qədim tirannozavrlar ölçülərinə görə iri it boyda olub. Onların daha sonra iriləşərək digər dinozavrlarla rəqabət apara bildiyi ehtimal olunur. Mektebgushesi.az

Bu gün Azərbaycanda Od çərşənbəsidir

Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.Od çərşənbəsinə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü […]

АDU bоş оlаn vəzifələrə müsаbiqə еlаn еdib – SİYAHI

Аzərbаycаn Dillər Univеrsitеti bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib. Mektebgushesi.az xəbər verir ki, müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” sənədin tələblərinə uyğun bu elan qəzеtdə dərc оlunduğu gündən 30 gün kеçənədək rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana göndərə bilərlər. Bаkı şəhəri, AZ1014, R.Bеhbudоv küçəsi […]

Nyu Yorkda yaşayan azərbaycanlı akademik

Akademik elmi dərəcəsi hər alimə nəsib olmur. Bu adı Rusiya kimi nəhəng dövlətdən almaq isə böyük bir nailiyyətdir. Onun haqqında ölkəmizdə az adamın məlumatı var. Heç sosial mediada da ətraflı nəsə yerləşdirilməyib. Amma fəxr ediləsi soydaşlarımızdan biri də odur… Söhbət akademik Əli Həsən oğlu Nəsibovdan gedir. O, 1942-ci ildə Borçalının Baş keçid (Dumanisi) rayonunda anadan […]

Zaqatalada 11 yaşlı məktəbli qız intihar edib

Mektebgushesi.az ONA-ya istinadən xəbər verir ki, hadisə martın 4-ü axşam saat 23 radələrində rayonun Danaçı kəndində qeydə alınıb.  Kənd sakini, 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayevin meyiti yaşadığı evin zirzəmisində yaxınları tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı G. Naqqayevin intihar etməsi məlum olub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və […]