Mektebgushesi

Muzeydə fiziki məhdudiyyətli şəxslər üçün ekskursiya təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Sumqayıt şəhərindəki “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin bir qrup üzvü üçün ekskursiya təşkil olunub. Muzeydən AZƏRTAC-a bildiriblər ki, ekskursiya zamanı bu müəssisənin elmi işçisi Sahibə Ələkbərova İctimai Birliyin üzvlərinə muzey haqqında ətraflı məlumat verib, onları eksponatlarla tanış edib. “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi […]

“Məktəb seminarları” layihəsi Xəzər və Pirallahı rayonlarında

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Xəzər və Pirallahı rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib. Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb […]

Təhsil naziri Mərakeş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Martın 5-də təhsil naziri Ceyhun Bayramov Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Adil Embarş ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. mektebgushesi.az

Təhsil Nazirliyi ilə “Bakcell”, “AzEduNet” şirkətləri arasında əməkdaşlığa dair protokol imzalanıb

Martın 5-də Təhsil Nazirliyində bu qurum ilə “Bakcell” və “AzEduNet” şirkətləri arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokolu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıblar. Mektebgushesi.az – a Təhsil nazirliyindən verilən məlumata görə, imzalanma mərasimində təhsil nazirinin müavini İdris İsayev müasir dünyada təhsilin mühüm rolundan […]

Lənkəran Dövlət Universitetində ilk “Novruz mühazirəsi” BDU-nun 100 illik yubileyinə həsr olunub

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov, universitetin professor-müəllim heyəti, rayonun təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri […]

Zaqatalada 11 yaşlı məktəblinin ölümü ehtiyatsızlıqdan baş verib

Zaqatala rayonunda 11 yaşlı qızın ölümü ehtiyatsızlıqdan olub. Bu barədə “Report”un Şimal-qərb bürosuna Gülnar Naqqayevin dayısı Şaban Əliyev məlumat verib.  Onun sözlərinə görə, bacısı qızı intihar etməyib: “Uşağın hər zaman oynadığı halqaya bənzər ip var idi. Evin birinci mərtəbəsində oynayan zaman ipi çənəsinə keçirib və ehtiyatsızlıqdan boğazına dolaşıb. Həmin vaxt heç kim olmadığından ona yardım edə bilməyiblər. Bu baxımdan, […]

BSU-da “Rus dilini xarici dil kimi tədris edən müəllim” kurslarının təqdimatı olub

Martın 5-də Bakı Slavyan Universitetində (BSU) “Rus dilini xarici dil kimi tədris edən müəllim” layihəsinin təqdimatı olub. Təqdimatda çıxış edən A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin nümayəndəsi, pedaqogika elmlər namizədi Nataliya Nakora A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji Universiteti və “Alfa Dialoq” mərkəzi tərəfindən təşkil olunan “Rus dilini xarici dil kimi tədris edən müəllim” […]

Aİİ-nin “İlahiyyatçı” qəzetinin fevral buraxılışı nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin fevral buraxılışı çap olunub. Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında”; “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları yer alıb. Qəzetin ikinci səhifəsində “Ali […]

UNEC-in gənc müəllimləri and içdi

Ölkə başçısının təsdiqlədiyi Dövlət Proqramlarında gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutması prioritet istiqamətlərdən biri kimi müəyyən olunur. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu istiqamətdə dövlət siyasətinə dəstək məqsədilə uğurlu layihələr həyata keçirilir, gənclərin işə qəbulu ilə bağlı məqsədyönlü addımlar atılır. UNEC-də işə qəbul edilən gənc müəllimlərin ənənəvi andiçmə […]

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti cari ilin ikinci yarısında nəşr olunacaq

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti cari ilin ikinci yarısında nəşr olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AZƏRTAC-a açıqlamasında bildirib ki, orfoqrafiya lüğəti çapa tam hazırdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetində təsdiq olunub, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hazırda Dövlət Dil Komissiyasındadır. M.Nağısoylu qeyd edib ki, əvvəlki orfoqrafiya lüğətində olan 1000-ə yaxın […]

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda inklüziv təhsil haqqında müzakirələr aparılıb

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) 25-dən çox məktəb direktorunun iştirakı ilə “İnklüziv məktəb” seminarı keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda inklüziv təhsilin mahiyyəti, onun məktəbdə yaradacağı problemlər və həmin problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Məktəb rəhbərləri, həmçinin müəllimlərin sağlamlıq imkanları məhdud şagirdlərlə işləmə səriştəsindən, bu istiqamətdə görüləcək işlərdən danışıblar. Xatırladaq ki, institutun 2018-ci ildən həyata […]

Avropanın təhsil mütəxəssisləri Azərbaycandadır

Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Sözügedən layihənin “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı  dördüncü komponenti  çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi  Mərkəzinin informasiya və qiymətləndirmə üzrə mütəxəssisi Kristina Sutkute və Latviyanın Akademik Məlumat […]

BSU-da ERASMUS+ PETRA çərçivəsində treninqlərə start verilib

Bakı Slavyan Universitetinin Təlim-Tədris Mərkəzində ERASMUS+PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində artıq bir neçə gündür treninqlərə start verilib. TTM-in tərtib olunmuş iş planına uyğun olaraq ilk tereninq fevralın 27-də Almaniyanın Azərbaycndakı səfirliyinin nəzdində fəaliyyət göstərən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dil asistenti Rusudan Abşilava tərəfindən keçirilib. “Alman musiqisi”nə həsr olunmuş təlimdə BSU-nun […]

BDU-da startap proqramları ilə bağlı məlumat sessiyası keçirilib

Bakı Dövlət Univesitetinin 100 illik yubileyi münasibətilə Sil.İnnovasiya Mərkəzi bu ali təhsil müəssisəsində yerli və qlobal startap proqramları ilə bağlı tələbələr üçün məlumat sessiyası keçirib. Universitetin SABAH mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri adıçəkilən mərkəzin innovativ layihələrə dəstək qrupunun rəhbəri, dosent Mətanət Musayeva açaraq onun əhəmiyyəti barədə danışıb. Sil.İnnovasiya Mərkəzinin təsisçisi və direktoru Cəsur Həsənov isə […]

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur. Tətbiq edilən bu yenilik təkcə Bakı şəhərini əhatə edir. Artıq şagird qəbulunun başlamasına sayılı günlər qalmasına baxmayaraq, bir çox valideyn bu yenilikdən xəbərdar deyil və bunun hansı məqsədlə tətbiq edildiyini də bilmir. 13 mart tarixindən etibarən məktəblərə […]