Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Sumqayıt şəhərindəki “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin bir qrup üzvü üçün ekskursiya təşkil olunub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, ekskursiya zamanı bu müəssisənin elmi işçisi Sahibə Ələkbərova İctimai Birliyin üzvlərinə muzey haqqında ətraflı məlumat verib, onları eksponatlarla tanış edib.

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində reallaşdırılan tədbir fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə uyğunlaşmasına dəstək məqsədi daşıyır.

Bənzər yazılar