Aprelin 28-də keçirilən informatika üzrə Respublika Fənn Olimpiadalarının (RFO) final turunun nəticələri açıqlanıb.

Qaydalara əsasən, iki yaş qrupu üzrə 1-5-ci yerlər və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 6-15-ci yerlər və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 16-30-cu yerlər və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıblar.

Qeyd edək ki, RFO Kapital Bankın baş sponsorluğu ilə keçirilir.

Bənzər yazılar