Elm və təhsil naziri Emin Əmrullayev 17 may tarixində Masallı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.

Bu barədə nazirlikdən Mektebgushesi.az-a xəbər verilib.

Bildirilib ki, adları çəkilən rayonların sakinləri 10 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Bənzər yazılar