Lənkəran Dövlət Universitetinin (LDU)  “Baytarlıq” fakültəsinin “Baytarlıq” ixtisasının  V tədris ilinin 11 tələbəsi 27.02.2024-cü il tarixindən Türkiyənin Qafqaz (Qars) Universitetinə  3 ay müddətinə istehsalat təcrübəsi keçmək üçün göndərilib. Hal-hazırda tələbələrimiz qruplara ayrılaraq dörd fərqli sahədə – baytarlıq cərrahiyyəsi, süni mayalanma, yoluxmayan daxili xəstəliklər, mamalıq və ginekologiya sahələrində istehsalat təcrübəsində iştirak edirlər.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, istehsalat təcrübəsində tələbələr müxtəlif xəstəliklərin laborator müayinəsi, yoluxmayan daxili xəstəliklərin müayinə və müalicəsi, heyvanlar üzərində cərrahi əməliyyatların aparılması, süni mayalanma və embrionun transplantasiyası işinin təşkili və tətbiqi, eyni zamanda doğum və ginekologiya sahəsində  bilik və təcrübələrini zənginləşdirirlər.

Bənzər yazılar