Martın 5-də Təhsil Nazirliyində bu qurum ilə “Bakcell” və “AzEduNet” şirkətləri arasında əməkdaşlığa dair protokol imzalanıb.

Protokolu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıblar.

Mektebgushesi.az – a Təhsil nazirliyindən verilən məlumata görə, imzalanma mərasimində təhsil nazirinin müavini İdris İsayev müasir dünyada təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini vurğulayıb. O, ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən bəhs edib.

N.Beckers və N.Yəhyayev əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıblar. Sonra əməkdaşlığa dair protokol imzalanıb.

Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-dək olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir.

Bənzər yazılar