Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) 25-dən çox məktəb direktorunun iştirakı ilə “İnklüziv məktəb” seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda inklüziv təhsilin mahiyyəti, onun məktəbdə yaradacağı problemlər və həmin problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Məktəb rəhbərləri, həmçinin müəllimlərin sağlamlıq imkanları məhdud şagirdlərlə işləmə səriştəsindən, bu istiqamətdə görüləcək işlərdən danışıblar.

Xatırladaq ki, institutun 2018-ci ildən həyata keçirdiyi müvafiq seminarların məqsədi məktəb rəhbərlərini və müəllimləri inklüziv təhsilin fəlsəfəsi, mahiyyəti, bu prosesdə onların üzərinə düşən vəzifələrlə bağlı məlumatlandırmaqdır.

Bənzər yazılar