Agdaş rayon Ovculu kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi
Aygün Əhmədovanın təşəbbüsü ilə məktəbin fəal şagirdlərinin iştirakı ilə Riyaziyyat gecəsi təşkil edilib
.

Tədbirin açılışını məktəbin direktoru Vaqif Zəkəriyyəyev edib. Şagirdlərə uğurlar diləyib və müəllimlərin bu cür fəal şagirdlərin aşkara çıxarılmasında və onların mükafatlandırmaqla riyaziyyat fənninə olan diqqətin artırılmasına xidmət kimi qiymətləndirib riyazyiyyat müəllimi
Aygün Əhmədova tədbirin təşkilinə görə təşəkkür edib.

Tədbirin işində digər müəllimlər də iştirak ediblər. Tədbirdə məktəbin 5 – 9 sinif şagirdləri çıxış ediblər. Sonda intellektual yarış keçirilib. Yarışın qalibləri hədiyyə və tərifnamələrlə təltif olunublar.

Məktəbin 2-ci sinif şagirdi Zəkəriyyəyev Əhməd, 7-ci sinif şagirdi İslamova Rəqsanə, 8-ci sinif şagirdləri Abbasova Lamiyə, Niftalıyev Nuray fəal iştirakına görə tərifnamələrlə təltif olunublar.

Turanə İmanzadə

Bənzər yazılar