Dərc olunub: 06.03.2019

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Bakı Modern Məktəbi arasında əməkdaşlığın yeni mərhələsi davam edir.

Bakı Modern Məktəbinin rus bölməsinin yuxarı sinif şagirdləri ADNSU-da ekskursiyada olublar.

ADNSU-dan bildiriblər ki, ekskursiya zamanı tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev şagirdlərə universitetin tarixi, inkişaf mərhələləri, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib.

Şagirdlər təhsil müəssisəsinin tarix muzeyində neft tarixinə və universitetə aid eksponatlarla, mineralogiya muzeyi, “Azİİ Elektron Kitab Evi” və kimya laboratoriyası ilə tanış olublar.

Məktəblilər, eyni zamanda, kimya-texnologiya fakültəsində aparılan mühazirədə iştirak ediblər.

mektebgushesi.az

Bənzər yazılar