Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində kurikulum seminarı keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, seminarın keçirilməsində məqsəd kurikulumun hazırlanması üzrə təlimat vermək, hazırlanan kurikulumların və təlim materiallarının təqdim edilməsi, baza modullarının, xüsusilə də 8 əsas səriştə modullarının tətbiqi məsələri olub.

Təqdimatdan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, 33 ayı əhatə edən layihə peşə təhsili və təlimində tənzimləyici bazanın, mərkəzi və yerli səviyyələrdə sektor üzrə əlaqələndirmənin təkmilləşdirilməsini, peşə standartları ilə bağlı 10 kurikulumun işlənib hazırlanmasını və onların prioritet sahəyə tətbiqini, islahatlar üzrə monitorinqin həyata keçirilməsində Təhsil Nazirliyinə dəstək göstərilməsini hədəf seçib.

Bənzər yazılar