Dərc olunub: 06.03.2019

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qruplarının 3-cü kurs tələbəsi Ramil Namazovun “Gənc biznesmenlər” layihəsi Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olub.

UNEC-dən verilən məlumata görə, Ramil Namazov layihə çərçivəsində Quba rayonunun Püstəqasım kənd məktəbində təlimlər keçib.

Üç gün davam edən təlimlər müxtəlif modullardan ibarət olub. Region gənclərinin inkişafına dəstək olmaq üçün şagirdlərə sosial fəallıq, biznesi qurduqdan sonra düzgün marketinq siyasətinin aparılması və Gənclər Fondunun yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.

Təlim zamanı şagirdlərin mövzuları daha yaxşı qavraması üçün nəzəri və praktiki metodlardan istifadə olunub.

mektebgushesi.az

Bənzər yazılar