Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və Beynəlxalq Əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Rektor H.Məmmədov səfirlə görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Mektebgushesi. az xəbər verir ki, görüşdə Türkiyə Universitetləri arasında müəllim-tələbə mübadiləsi, ikili diplom və müəllim hazırlığı məsələləri müzakirə olunub.

Səfir Erkan Özoral Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə təhsil sahəsində universitetlər arasında əməkdaşlığı möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu görüşdən məmnun olduğunu bildirib.

Bənzər yazılar