Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbiri keçirilib.

Mektebgushesi.az xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin bütün xanım əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara şəxsi həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzu edib.

8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edən universitet rəsmisi ötən  tarixi dövr ərzində qadınların ictimai-siyası fəallıqlarının inanılmaz şəkildə artdığını, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrildiyini deyib.Bu inkişafın özünü Azərbaycan qadınının timsalında aydın göstərdiyini vurğulayan Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda  universitetdə  çalışan xanım əməkdaşların  böyük əməyinin olduğunu qeyd edib,minnətdarlıq  bildirib, bayram  arzularını çatdırıb.


Sonra LDU-nun ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə seçilən qadınların bir qrupuna  qızılgüllər hədiyyə edilib.
Xatırladaq ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün qadın əməkdaşlara pul mükafatları verilib.

Bənzər yazılar