İranın 17 vilayəti güclü daşqın və qar çovğunu ilə üzləşib.   

Mektebgushesi.az xəbər verir ki, təbii fəlakətdən əziyyət çəkən 3,3 min nəfərə yardım edilib.

İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səliminin sözlərinə görə, Həmədan, Mazandaran, Tehran, Ərdəbil, Qərbi və Şərqi Azərbaycan və digər vilayətlərdə ümumilikdə 83 şəhər, kənd və dağlıq ərazidə təbii fəlakətdən əziyyət çəkib.

Bəzi vilayətlərdə məktəblər bağlanıb.

Bənzər yazılar