Mektebgushesi.az xəbər verir ki, AZƏRTAC-ın Uşaq Bilik Portalı “Bacarıqlı balalar” yaradıcılıq klubu ilə birgə növbəti ustad dərsi keçirib.

Qarşıdan gələn Novruz bayramına həsr olunmuş ustad dərsində uşaqlar səməni cücərdib, yumurta bəzəyib və şirniyyat buketi hazırlayıblar. BAKU Mall-da keçirilən ustad dərsinin sonunda uşaqlara portal haqqında ətraflı məlumat verilib, bukletlər paylanıb.

Uşaq bilik portalı (http://portal.azertag.az/az/) bir-birindən maraqlı ustad dərsləri ilə uşaqları sevindirməyə davam edəcək.

Bənzər yazılar