Dərc olunub: 11.03.2019

Astanada Beynəlxalq Mental Arifmetika ISMA-2019 olimpiadası keçirilib. Bu şəhərdə ilk dəfə keçirilən olimpiadada Azərbaycan, Belarus, Bolqarıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Qazaxıstandan 500-ə yaxın uşaq iştirak edib.

Olimpiadanın “Super çempion” mükafatı uğrunda 5-dən 15 yaşadək uşaqlar mübarizə aparıblar.

Beynəlxalq olimpiadada Azərbaycanı Ləman Vəkilova, Fikrət Vəliyev və Fərid Hacıyev təmsil edib. Fikrət Vəliyev və Fərid Hacıyev çempion mükafatına, Ləman Vəkilova isə 1-ci yerə layiq görülüblər.

Qeyd edək ki, ISMA (International School of Mental Arithmetic) əlavə təhsil proqramı ilə 7 ölkənin 250 təhsil mərkəzində 16 mindən çox şagird məşğul olur. Olimpiada daha əvvəl Almatı, Soçi və Dubayda keçirilib.

İlahə Əhmədova

Bənzər yazılar